Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda Ukrayna Silahlı Qüvvələri üçün ən çətin vəziyyət Pokrovsk (Rusiya adı – Krasnoarmeysk) istiqamətində formalaşıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.
“Pokrovsk istiqaməti ən isti olaraq qalır”, – deyə o, Telegram kanalında yazıb. Bu istiqamətdə vəziyyətlə əlaqədar Sırski Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın bölmələrində görüşlər keçirib.
İyunun 26-da Ali Baş Komandan həmçinin Sumı vilayətinin müdafiəsini Ukrayna Silahlı Qüvvələrinin əsas vəzifələrindən biri adlandırıb və xüsusi qrupun yaradılmasını elan edib ki, onun əsas vəzifəsi regionda istehkamların möhkəmləndirilməsi olacaq.
Pokrovsk DXR-də Ukrayna qrupunun maddi-texniki təchizatı üçün mühüm mərkəzdir. Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk qeyd edib ki, şəhərin itirilməsi Ukrayna üçün fəlakət olacaq.
E.ŞİRİNOV