Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın Korrupsiyaya qarşı mübarizə orqanları ötən gün əvvəl PUA-ların və elektron avadanlığın alınmasında korrupsiya sxemində iştirak edən mütəşəkkil cinayətkar qrup üzvlərinin ifşa edilməsi barədə məlumat verib. Bu işdə əli olan bir deputat barəsində həbs-qətimkan tədbiri seçilir və həmçinin 30 milyon qrivn girovla həbs tələb edirlər.Tezadlar.az xatırladır ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq məlumat yayıb. Sitat: “Baş Prokurorun təsdiqi ilə şübhəli deputat barəsində 30 milyon qrivn məbləğində girov qoyulması alternativi ilə həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərilib. İş üzrə digər təqsirləndirilən şəxslərə qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə əlavə vəsatətlər də təqdim edilib”.
Prokurorluğun məlumatından bəlli olur ki, adı çəkilən dövlət orqanları irimiqyaslı korrupsiyada təqsirli bilinən şəxslər arasında “Xalqın səsi”ndən olan xalq deputatı Aleksey Kuznetsov, Mukaçevo Rayon Dövlət Administrasiyasının rəhbəri və Luqansk vilayətinin keçmiş sədri var. Qaydai və Luqansk vilayətinin Rubijne Dövlət Administrasiyasının rəhbəri Andrey Yurçenko da bu siyahıdadır.
Bu da müharibə aparan ölkənin məmurları!
Sosial mediada isə bu şəxslərin müharibə qanunları ilə dərhal güllələnməsi tələb edilir.
A.Məmmədli