Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya silahlı qüvvələrinin Ukraynanın Donetsk və Odessa vilayətlərinə, eləcə də Poltava şəhərinə zərbələr endirməsi nəticəsində bir nəfər həlak olub, 11 nəfər yaralanıb.
Tezadlar.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayətlərin hərbi administrasiyalarının rəhbərləri məlumat verib.
Məlumata görə, Poltavaya hücum nəticəsində bir nəfər həlak olub, ikisi uçaq olmaqla dörd nəfər yaralanıb.
Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, Rusiya qoşunları gün ərzində regionun yaşayış məntəqələrini 15 dəfə atəşə tutub. Nəticədə altı nəfər yaralanıb. Cəbhə xəttindən 82 nəfər təxliyə edilib.
Öz növbəsində, Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak öz Telegram kanalında qeyd edib ki, Rusiya Odessaya zərbə PUA-ları ilə hücum edib.
“Təəssüf ki, PUA Kiyev rayonunda doqquzmərtəbəli yaşayış binasına düşüb. İkinci mərtəbədən dördüncü mərtəbəyə qədər fasad, eyvanlar və şüşələr zədələnib. Bir nəfər xəsarət alıb”, – məlumatda bildirilib.