Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyul 2025 / 10:07

Ukraynalı məhbus rusiyalı həkimlərə təşəkkür edib

Rusiya mətbuatı belə yazıb…

Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsir götürülmüş hərbi qulluqçusu İqor Korjun rusiyalı həkimlərə göstərdikləri tibbi yardıma görə təşəkkür edib.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynalı qırıcı Sumı vilayətində rus əsgərləri tərəfindən əsir götürülüb. O, yaralı olduğunu və əsirlikdə tibbi yardım aldığını qeyd edib.

“Məni əsirlikdə yedizdirirlər, hər şey yaxşıdır, hər şey qaydasındadır”, – Korjun deyib. O, rusları qardaş adlandırıb və “Rusiyada insanların normal olduğunu” vurğulayıb. Ukraynalı məhbus həmçinin əsgər yoldaşlarını belə təslim olmağa çağırıb.

Bundan əvvəl USQ-nin əsir götürülmüş hərbçisi Pavel Bolbot hətta dəyişdirilməkdən imtina edərək Rusiyada qalmaq arzusunu bildirib. O, ailəsinə qovuşmaq üçün əsir düşmək istədiyini etiraf edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!