Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyun 2024 / 09:19

UKRAYNALI MÜĞƏNNİ CAMALANIN AKTİVLƏRİ MİLLİLƏŞDİRİLDİ

Krımda ukraynalı müğənni Camalaın (əsl adı Susana Camaladinovadır) əmlakı milliləşdirilib.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti”-yə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov məlumat verib.

Camalanın qohumlarının adına rəsmiləşdirilən daşınar və daşınmaz əmlakı, həmçinin Aluşta şəhərindəki iki torpaq sahəsi və yaşayış binası milliləşdirməyə məruz qalıb.

Konstantinov bildirib ki, ümumilikdə 110-dan çox obyekt Kiyev rejimini dəstəkləyən və Ukrayna Silahlı Qüvvələrinə himayədarlıq edən şəxslərin milliləşdirilmiş əmlakı siyahısına daxil edilib.

Xüsusilə, Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyukun və oliqarx Vitali Xomutinnikin ailəsinin aktivləri Krımın mülkiyyətinə keçib.

Xatırladaq ki, Camala 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olmuş Krım tatar əsilli müğənnidir. 2022-ci ilin aprelində o, 50 il müddətinə Rusiyaya girişi qadağan edilən ukraynalı sənətçilərin siyahısına daxil edilib.

Bundan əlavə, 2023-cü ilin noyabrında Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi müğənnini cinayət maddəsi ilə axtarışa verib. Daha sonra məhkəmə onu Rusiya Silahlı Qüvvələrinə qarşı saxtakarlıq işi üzrə qiyabi həbs edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!