Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına münasibət bildirib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə o, feysbukda yazıb. Sitat: “Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarət altına alıb. İki il yarım əvvəl sülh müqaviləsi bağlanandan sonra dedim ki, bu hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb. Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir. İnsan ancaq paxıllıq edə bilər”.
Bəli, Azırbaycanın siyasi rəhbərliyi dünya siyasətçilərinə nümunə, Ermənistana isə dərs olacaq siyasət yürüdür…
ELÇİN