Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 10:27

Ukraynanın “Hörümçək toru” rəsmi Moskvanı şoka saldı- VİDEOLAR

…Dünya mediası ötən gün Ukrayna hərbçilərinin dronlarla Rusiyanı alova bürüməsindən yazır… “Hörümçək toru” adlanan əməliyyatı səbr kasası daşmaqda olan Ukraynanın uğurlu hərbi addımı olmaqla yanaşı, həm də Rusiya hərbi və əks kəşfiyyatının dəhşətli dərəcədə zəif olmasından xəbər verir. İlyarım ərzində Zelenskinin rəhbərliyi altında hazırlanmış əməliyyat dünən icra olundu. Hansı ki, bir gün sonra-yəni bu gün Rusiya və Ukrayna nümayəndələri sülh danışıqları üçün İstanbulda olacaq…
Beləliklə, yüzlərlə dron yük vaxtilə maşınlarındakı konteynerlərə qablaşdırılıb. İçində raketlə təchiz olunmuş dronlar olan konteynerlər Rusiya ərazisində yüzlərlə, minlərlə kilometr məsafə qət ediblər. Strateji aviasiyanın yerləşdiyi aerodromların hamısının yerini bilməklə yanaşı, hər gün Ukrayna ərazilərini bombalayan aerodromların ən yaxın məsafələrində yerləşdirilmiş bu dronlar “ƏMR”i gözləyib. Və əmr anı çatıb… Dronlar işə düşüb…  Zelenski dünən xalqa müraciətində də bildirib ki, “Hörümçək toru” əməliyyatının qərargahı düz Rusiya FTX-nın regional idarələrinin birinin yanında olub. Rusiya kəşfiyyatı il yarım ərzində baş verən bu boyda əməliyyatdan xəbər tutmayıb! Rusiyanın strateji aviasiyasına təxminən 2 milyard dollar həcmində ziyan dəyib. 41 ədəd “А-50”, “Ту-95”, “Ту-22 М3” təyyarəsi məhv edilib. Ondan da betər məhv edilən isə Ukraynanı diz 2-3 günə diz çökdürəcək Putinin və Rusiya ordusunun imicidir.

https://www.facebook.com/100074323620203/videos/pcb.720230377131077/2175494752923676

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!