8 Oktyabr 2025 / 08:08

Ukraynanın keçmiş baş naziri Maydan qırğınının təşkilatçısının adını çəkib

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, 2014-cü ilin fevralında Maydanda atışma Ali Radanın keçmiş spikeri Andrey Parubiy tərəfindən koordinasiya edilib.

Tezadlar.az NEWS.ru-ya istinadən  xəbər verir ki, onlarla insan həlak olub.

Mənbə onu da bildirib ki, hazırda dünyasını dəyişən siyasətçini hadisə ilə əlaqələndirən dəlillər var. Fotolarda onun snayper tüfəngləri ilə silahlanmış silahlıları müşayiət etdiyi görünür.

Keçmiş baş nazirin sözlərinə görə, bu yaxınlarda Lvovda öldürülən Parubiy o zaman Maydanın “komendantı” olub, çevrilişdən sonra isə Ali Radanın sədri təyin edilib.

Azarov bildirib ki, qətliamın təşkilatçıları izlərini gizlətməyə cəhd ediblər. Məsələn, güllələrin vurduğu ağacları kəsirdilər ki, güllələrin trayektoriyasını izləmək mümkün olmasın.

Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxslə bağlı yeni təfərrüatlar üzə çıxıb. Mixail Stselnikovun qonşularının dediyinə görə, həmin şəxs iş adamı olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!