Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən TEZADLAR.AZ-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.