Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Noyabr 2024 / 08:58

UŞAQ SƏFİRLƏR MƏCLİSİNİN DÖVLƏT QURUMLARININ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞLƏRİ DAVAM EDİR

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə olub.

Tezadlar.az xəbər verir ki, Ülvi Mehdiyev Məclis üzvlərinə “ASAN xidmət” mərkəzinin fəaliyyəti, könüllülük proqramları və gənclərin sosial layihələrdə iştirakı üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Müzakirələr zamanı süni intellektin gələcəkdə “ASAN xidmət”də istifadəsi və bu texnologiyanın cəmiyyətə təsiri barədə fikir mübadiləsi aparılıb.

Uşaqlar maraqlandıran sualları cavablandıran Dövlət Agentliyinin sədri onlara fəaliyyətlərində uğurlar arzulayıb, cəmiyyətə töhfə verəcək sosial təşəbbüslərdə fəal olmalarının vacibliyini vurğulayıb.

İştirakçılar həmçinin “ASAN xidmət”, “Bilim Bakı”, “ABAD” və “İNNOLAND” layihələri ilə tanış olub.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!