Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2025 / 14:30

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 94 №-li Körpələr Evi-Uşaq Bağçası ilə birgə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı təbir keçirdilər. Uşaq şöbəsinin müdiri Sevil Namazova və kitabxananın əməkdaşı İradə Hüseynova uşaqları təbrik edərək, onlara səmimi arzularını bildirdilər. Qeyd olunduki, ölkəmizdə uşaqların sağlam, Vətənə layiqli övlad kimi böyüməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanda uşaq siyasətin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bağçanın müdiri Validə Hüseynova, tərbiyəçi, müəllimlər Esmira Quliyeva və Ziyafət Bağırova uşaqları sağlam və xoşbəxt böyümələrini arzuladılar.         Bağçada tərbiyə alan uşaqlar şeirlər söylədilər, mahnı və rəqslər etdilər.

Rövşanə

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!