14 İyul 2025 / 13:20

“Uzak şehir” serialı bitməmiş yeni layihəyə imza atdı – bu dəfə “Poçtalyon” olacaq…

Azərbaycanda da sevilərək izlənən və artıq böyük seyirçi ordusuna sahib olan “Uzak şehir” serialının baş qəhrəmanı Ozan Akbaba yeni layihə barədə razılaşıb.

TEZADLAR.AZ    Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhur aktyor  “Sihirli Annem: Hepimiz Biriz”, “Ayakçı”, “Sadece Bir An”, “Şampiyonlar”, “Kutsal Damacana 5” filmlərinin prodüseri olan Poll Films’le ilə yeni bir layihəyə imza atıb. Akbaba ötən gün prodüser Polat Yağcı ilə görüşüb və “Postacı” filmi üçün müqavilə imzalayıb.

Artıq aktyorun görünüşündə də filmin çəkilişləri başlamazdan öncə dəyişiklik edilib – Akbaba fotodan da göründüyü kimi, bığlarını uzadıb.

Yüksel Aksunun həm ssenarisini, həm də rejissorluğunu edəcəyi film üçün kastinq işləri davam edir. Çəkilişlərin aktyor heyəti tamamlanan kimi başlayacağı bildirilir.

Qeyd edək ki, “Uzak şehir” serialı 2-ci sezon da davam edəcək.

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!