Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin “Kanal D” telekanalında yayımlanan və böyük maraqla izlənilən “Uzak Şehir” serialının yeni mövsüm çəkilişlərinin başlanacağı tarix açıqlanıb.
“Tezadlar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkilişlərin ilk olaraq avqustun 24-də İstanbulda, daha sonra isə Mardində davam edəcəyi gözlənilir.
Əgər çəkilişlər elan edildiyi vaxtda icra edilərsə, növbəti seriyalar 8 sentyabr və ya 15 sentyabrda ekranlarda yayımlanacaq.
Qeyd edək ki, “Kanal D”nin rekord qıran serialı 28-ci bölümü ilə iyunun 2-də mövsüm finalına çıxıb. Layihədə Sinem Ünsal, Ozan Akbaba, Qonca Cilasun, Müfit Kayacan kimi məşhur aktyorlar rol alır.