8 Sentyabr 2025 / 10:43

Üzeyir bəyin ölümündə günahkar kim idi?-İNANILMAZ FAKT-1-Cİ HİSSƏ

…Da­hi bəs­tə­kar son gün­lə­ri­ni ya­şa­yı­rdı. Ya­nı­na gə­lib-ge­dən­lə­rin ar­­d­ı-ara­sı kə­sil­mə­diy­in­dən na­ra­hat­­ç­ılığı get-ge­də ar­tır­dı. Heç kim­lə gör­üş­mək iq­ti­da­rın­da dey­il­di. Yal­nız tək qa­lıb keç­­mi­şə boy­lan­maq, ağrı­lı-acı­lı gün­lə­­r­ini xa­tır­la­maq is­təy­ir­di. La­kin heç vəchlə asu­də vaxt ta­pa bil­mir­di… 

…Ax­şa­ma ya­xın ge­diş-gə­liş sə­n­­gi­­mi­şdi, ət­raf­da sa­kit­lik hökm sürürdü. Sərt payız küləyi əs­sə də, la­kin ota­qda di­var so­ba­sı yan­dığından bayır­da­kı soy­uq­luq hiss olun­mur­du. Mə­ley­kə xa­nım da adə­ti üzrə bəs­tə­ka­rın otağında olan müxtə­lif səp­ki­li ya­zı­la­rı sə­li­qəyə sal­maq­la məşğ­ul idi. İş­lə­ri­ni ba­şa çat­dır­dı­qdan so­nra bəs­tə­ka­rın yuxuya get­di­­y­ini zənn edib, bar­maq­la­rı­nın ucu ilə sa­kitcə otağı tərk et­di.

Bəs­tə­kar otağda tək qal­dığı­na əmin ol­du­qdan so­nra uzan­dığı də­mir çar­payı­dan ya­rı qal­xmış və­ziyyət­də ya­stığa söy­kən­di. O ət­ra­fı­na ye­ni­dən göz ye­tir­di, heç kə­si gör­məy­ən­də də­rin­dən nə­fəs al­dı, ürəyi bir az sancdı və ani ola­raq dos­tu Sə­məd Vurğ­u­na nə vax­tsa de­diyi sözü xa­tır­la­dı: “Köç­­mək gə­rək bu dar fə­na­dan yay­aş-ya­vaş”. So­nra da nə­dən­sə ix­tiy­ar­sız ola­raq köv­rəl­di… və bir anlığa acılı-şi­rinli günlərinə boylanmalı oldu.

Bəs­tə­ka­rı ilk pro­fes­so­nal əsər yaz­mağa hə­vəs­lən­di­rən böyük ədib, “Əkin­çi” qə­ze­ti­nin re­dak­to­ru ol­muş Hə­sən bəy Zər­da­bi­nin “Sən elə bir te­atr yaz ki, iş­ti­rak edən­lər oxu­sun­lar” söz­lə­ri in­di də qu­laq­la­rın­dan get­mir­di. Bir müddət so­nra da­hi Azər­baycan şai­ri Mə­həm­məd Fü­zu­­li­nin ey­ni ad­lı po­ema­sı əsa­sın­da məş­hur “Ley­li və Məcnun” ope­ra­sı ta­ma­şaya qoy­ul­sa da, la­kin çox tə­əssü­f­lər ol­sun ki, us­ta­dın bu ar­zu­su onun ölümündən 45 gün so­nra həy­a­ta ke­çir…

Əsə­rin səh­nəyə yol tap­ma­sı bəs­tə­ka­ra o qə­dər də asan ba­şa gəl­mədiyini xatırlayır. O ilk növ­bə­də ope­ra­da oy­na­nı­lacaq rol­la­ra aktyor tap­maq üçün gö­zəl sə­sə ma­lik olan ifa­çı­lar cəlb et­mə­li idi. Ələl­xü­sus ta­ma­şa­da oy­na­nacaq qa­dın ro­lu üçün ifa­çı tap­maq müşkül mə­sə­lə idi. Mə­lum mə­sə­lə idi ki, o döv­rdə qa­dın rol­la­rı­nı yal­nız ki­şi­lər oy­na­ma­lı idi. Uzun ax­ta­rış­lar­dan so­nra çay­çı şag­ir­di ol­muş Əbdürrə­him Fə­rəcov Ley­li ro­lu­nu oy­na­mağa ra­zı sa­lı­r. La­kin bi­lən­də ki, o qa­dın pal­ta­rı gey­i­nəcək, xüsu­si­lə də bığla­rı­nın üstü ör­tü­ləcək bu işə heç bir vəchlə ra­zı ol­mur­du. Çünki be­lə bir qiy­a­fə ki­şi üçün ən al­çaq, rə­zil hal sayı­lır­dı…

Gözlənilən gün gəldi. 12 yan­var, 1908-ci il. Azər­baycan mu­si­qi mə­də­niyyə­ti ta­ri­xi­nə qı­zıl hə­rif­lər­lə ya­zı­lacaq gün. Hə­min gün “Nicat” cə­miyyə­ti­nin tə­şəbbüsü ilə H.Z.Tağıy­ev te­at­rın­da, Azər­baycan di­lin­də da­hi şa­ir M.Füzu­li­nin mə­həb­bət das­ta­nı olan “Ley­li və Məcnun” əsə­ri ilk də­fə ola­raq ge­niş səh­nə həy­a­tı ya­şayır. Əsə­rin oy­na­nıl­ma­sı­na üç gün qal­mış Şa­ma­xı­dan Ab­bas Səh­hət ta­ma­şaya bax­maq üçün lo­ja­da ona yer sax­la­mağı da xa­hiş etmişdi. Bəs­tə­kar ta­ma­şa haq­qın­da tə­rif do­lu mə­qa­lə­lər­lə ya­na­şı haq­sız, qə­rəz­li ya­zı­la­rı da xa­tır­la­dı. Onun bu xa­ti­rə­lər işığın­da hiss olun­may­acaq də­rəcə­də do­dağı qaç­dı, üzündə acı bir tə­bəssüm yarandı…

***

Dövrünün qaragüruhçu, xəbis insanların ona qarşı etdiyi haqsızları vərəqlədikcə əsərin səhnəyə qədəm qoymasından bir əsirdən çox keçməsinə baxmayaraq Üzeyir bəyə hücumlar səngimək bilmir. Həmin hadisələrdən bir əsirdən çox keçməsinə baxmayaraq artıq indi Üzeyir bəyin yuxarıdakı acı təbbəssümünü başa düşmək çətin deyildu.

       Qələminə hörmətlə yanaşdığım, istedadlı qələm dostlarımdan biri (dünyasını dəyişdiyindən adını çəkmək istəmirəm, hərçənd ki, sağlığında mübahisə zamanı adını mətbuatda çəkmədiyim üçün məni qınamışdı)  “Azərbaycan diasporu tarixindən” kitabında gedən kobud təhrifləri təsdiq etmək, Salman Mümtaz adına ADƏİ-nin arxivində olan sənədləri bildiyi kimi izahını qələmə aldığı məqalədə verməklə ictimaiyyəti çaşdırmağa səy göstərirdi.

Müəllif məqaləsində iddia edir di ki, Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operasını guya kiçik qardaşı Ceyhun bəylə birgə yazmışdı.  Yazını oxuduqca təəccüb məni bürüdü. Dostum “Leyli və Məcnun” opera ilə bağlı (ruhu məni  bağışlasın) elə təhriflərə yol verirdi ki, istər-istəməz onun bu məqaləsinə məndə bir hissi təəssüf yaratdı. Birtəhər yazını oxuyub başa çıxandan sonra öz-özümə dedim:- Üzeyir bəy, yaşadığın qanlı-qadalı bir dövrdə bu qədər əzab-əziyyətlərə, böhtanlara məruz qalmamısan, lakin biz övladlar sənin kölgəni də qılınclaya-qılınclaya çapırıq. Bu qədər də  simasızlıq, nankorluqmu olar?  Nə vaxta qədər biz sənin dünya şöhrətli əsərlərinə yamaq vuracağıq? Nə vaxta qədər böhtan dolu yazılarımızla bizə qoyduğun ədəbi irsinə böhtan atmaqla sənə meydan oxuyacağıq. Guya ki, biz sənin Azərbaycan xalqına qoyduğun zəngin irsdən çox iş görmüşük?..

Qeyd etmək lazımdır ki, ilk Azərbaycan operasının yaranmasında Ceyhun bəyin fəaliyyətini danmaq olmaz. Həmin əsərin tamaşaya qoyulmasında nəinki xüsusi  xidmətləri olmuş,  hətta gözəl musiqi duyumuna və səsə malik olan Ceyhun bəy əsərdə İbn-Səlamı da oynayıb.      Müəllifə  haqq qazandırmaq olar ki, Ceyhun bəyin həm müəllif kimi adı o dövrün afişalarında, proqramlarında yazıldığı halda, lakin 1922-ci  ildən sonra yalnız Üzeyir bəyin adı saxlanılıb. Oxucuların nəzərini  “Leyli və Məcnun” operasının səhnə üzü görməsindən üç gün əvvəl, yəni 1908-ci il yanvar ayının 9-da  “Kaspi” qəzetində çap olunan xəbərə yönəltmək istərdim. Orada deyilir: “Nicat” müsəlman xeyriyyə cəmiyyəti ən yaxşı dram və opera əsəri üçün müsabiqə elan edib. Bu günlərdə o, tatar (Azərbaycan – A.K.) dilində gənc publisist və musiqiçi Ü.Hacıbəyovun tərtib etdiyi “Leyli və Məcnun” operasının quruluş və nəşr haqqını almışdır. Bu, müsəlman aləmində ilk operadır. Özü də şənbə günü, yanvar ayının 12-də Tağıyev teatrının səhnəsində oynanılacaq”.

Sual olunur, Ceyhun bəy əgər 16 yaşında opera yazmışsa, nə üçün “Leyli və Məcnun”dan əvvəl və ya sonra bir dənə də olsun nəinki opera, heç mahnı da bəstələləmişdi? Axı ilk operadan sonra Ceyhun bəy ömrünün qalan 54 ilində ona bir musiqi əsəri yazmağa nə mane olurdu? Bu dövr ərzində Ceyhun bəyin musiqi yazmamağının səbəbini bilmək üçün  vaxtı ilə Azərbaycana qonaq gəlmiş nəvəsi Ceyhun  bəyin (Jan Klimanın) 8 noyabr 2001-ci il tarixli “Bizim əsr” qəzetinə verdiyi müsahibəsini xatırlatmaq istərdim:

“Sual: Babanızın musiqi təhsili var idi?

Cavab: Xeyr! O heç bir musiqi alətində çala bilmirdi. Sadəcə, babamın çox gözəl musiqi duyumu var idi.O bilirdi ki, harada “Bayatı-Şiraz”, harada “Şur” oxumaq lazımdır”.

***

Bəs səbəb nə idi ki, operada bir müddət Ceyhun bəyin adı əsl müəllifin adı ilə birgə yazılırdı?

(Davamı var)

Aslan KƏNAN,

Tədqiqatçı

(Xüsusi olaraq “Təzadlar” üçün)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!