Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2024 / 07:08

VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINA PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİLİR

Goranboy və Bərdə rayonunda vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.
Vəkil Araz Nurməmmədov “Təzadlar”a bildirib ki, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri

Xalid Kazımovla birlikdə bu misilsiz missiyanı davam etdiririk. Sitat: “Müraciətlər əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməməsi, “Müharibə veteranı” adı verildikdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi, müharibədə xəsarət alan şəxslərə sığorta pulunun ödənilməməsi, əlillikdən imtina və işlə təminat ilə bağlı idi… Müraciətlərlə bağlı veteranlarla xeyli müzakirələrimiz oldu, bəzi hallarda problemin hüquqi həllini izah edərək kömək etdik, bəzi hallarda isə maarifləndirmə missiyamızı yerinə yetirdik… Növbəti görüşlərimiz Göyçay, Quba və Şamaxı rayonlarını əhatə edəcək…”.

Layihə müəlliflərinə bu müqəddəs yolda uğurlar diləyirik…
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!