28 Avqust 2025 / 12:56

Vaqif Həsənovun 7 illik Ağdam fəaliyyəti…

 Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin etimadı ilə Ağdam rayonuna icra başçısı təyin edilmiş Vaqif Həsənovun vəzifəsinin icrasına başlamasının 7-ci ilidir!
Bu illər ərzində Vaqif Həsənov həm tarixi sınaqlara, həm də böyük dönüşlərə şahidlik edən bir dövrün başçısı olmuşdur. Ağdamın işğalda olduğu çətin illərdə rayonumuzun insanlarına mənəvi dayaq olmuş, onların qayğılarını öz qayğısı bilmiş. Pandemiya kimi ağır bir zamanda əhalinin sağlamlığının qorunması, sosial məsələlərinin həlli istiqamətində göstərdiyi fədakar xidmətlər hər kəsin yaddaşında dərin iz buraxmışdır.
44 günlük Vətən müharibəsində isə xalqımızın cənab Prezidentimizin dəmir yumuruğu ətrafında birləşdiyi, Qarabağın azadlığı uğrunda döyüşdüyü tarixi günlərdə Ağdam rayonunda təşkilati işlərə rəhbərlik etməyi xüsusi dəyərləndirilir.
 Vaqif Həsənov həm işğaldakı Ağdamın son başçısı, həm də azad olunmuş Ağdamın ilk başçısı kimi tarixə düşmüşdür. Bu, böyük məsuliyyət və eyni zamanda böyük şərəfdir.
Bu münasibətlə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, cənab Prezidentimiz İlham Əliyevin etimadını, dövlətimizin inamını, əhalimizin etibarını hər zaman doğrultmağa davam edəcəksiniz.
Ölkə rəhbərliyinin, Partiyamızın rəhbərliyinin tapşırıq və tövsiyyələrini Ağdam rayonunda Vaqif Həsənovla çiyin-çiyinə icra etməkdən, əhalimizə xidmət etməkdən çox məmnunuq…
Mansur QULİYEV
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!