Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Vaqner” döyüşçülərinin əksəriyyəti hələ ki, Belarusa köçməyib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib. Alyansın rəhbəri qeyd edib ki, “Vaqner” qüvvələri hələ də Afrikada və Ukraynanın cəbhə xəttindən fəaliyyət göstərir və Belarusa yalnız bir neçə nəfər gəlib: “Biz Vaqnerin qüvvələrini qəbul etmək üçün bəzi hazırlıqları müşahidə edirik, lakin onların hələ kütləvi şəkildə gəldiyini görməmişik. Biz Belarusdakı hadisələri diqqətlə izləyirik”. Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı sualı cavablandıran NATO-nun baş katibi etiraf edib ki, Kiyev qüvvələrinin döyüş meydanında üzləşdiyi problemlər var: “Ukraynalılar irəliləyiş əldə ediblər, lakin onlar çox çətin döyüşlərdədirlər. Onlar böyük müqavimətlə üzləşirlər və təbii ki, bu, uğurun sürətinə təsir edir”, – deyə Stoltenberq bildirib. O həmçinin qeyd edib ki, NATO Belarusa yerləşən “Vaqner”ə görə şərq cinahında hərbi mövcudluğunu gücləndirir.