Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 May 2024 / 16:49

VATİKAN PAPANIN GEYLƏR HAQQINDA SÖYLƏDİYİ SÖZLƏRƏ GÖRƏ ÜZR İSTƏYİB

Vatikan Roma Papası Fransiskin yepiskoplarla görüşündə işlətdiyi homofobik ifadəyə görə üzr istəyib.

Tezadlar.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

“Papa Fransisk homofobik söyüşlərdən istifadə etmək istəmədi”, – Vatikanda qeyd olunub.

Agentliyin məlumatına görə, pontifik inciyən hər kəsdən üzr istəyir. Vatikan xatırladıb ki, Roma Katolik Kilsəsinin rəhbəri kilsələrin hər kəs üçün açıq olduğunu dəfələrlə bəyan edib.

Qeyd edəkki, bir gün əvvəl Roma Papası Fransisk yepiskoplarla görüşdə homofobik ifadə işlədib. “Corriere della Sera” qəzetinin yazdığına görə, o, LGBT namizədlərinin din xadimlərinə buraxılıb- buraxılmaması məsələsinə toxunarkən danışıq dilindən istifadə edib. Pontifik bu qərarın rədd edilməsinə diqqət çəkib. Onun sözlərinə görə, artıq seminariyalarda qeyri-ənənəvi oriyentasiya nümayəndələri həddən artıq çoxdur. Roma Papası italyan dilində təhqiredici hesab edilən “frociaggin” sözünü işlədib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!