Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün vəkil həmkarına qarşı təhqir və böhtanda ittiham olunaraq həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb. Bu barədə şikayətçi Ceyhun Yusifovun vəkili Asim Abbasov məlumat verib. Vəkil deyib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə verilən qərara əsasən, Adəm Məmmədov və qardaşına verilmiş cəza dəyişdiriləmədın saxlanılıb.
Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər.C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 9 ay müddətinə islah işləri cəzası verilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyəti də dayandırılıb.