Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Venesuela hökuməti Norveç və Avstraliyadakı səfirliklərinin bağlandığını, Burkina Faso və Zimbabvedə yeni diplomatik nümayəndəliklərin açıldığını elan edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Diplomatik nümayəndəliklərin bağlanması qərarı “strateji resursların yenidən bölüşdürülməsi” və diplomatik xidmətin strukturunun yenidən qurulması fonunda qəbul edilib. “İnfobae” Norveç Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Oslo səfirliyin bağlanmasını təsdiqləyib.
“Venesuela səfirliyi bizi bağlayacağı barədə məlumat verdi, lakin heç bir səbəb göstərmədi”, – nazirlik bildirib.
E.ŞİRİNOV