Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 09:35

Vens Budapeştə səfər edəcək

ABŞ-ın vitse-prezidenti J.D.Vens və həyat yoldaşı, ABŞ-ın ikinci xanımı Uşa Vens 7-8 aprel tarixlərində Budapeştə səfər edəcəklər.

Tezadlar.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla ikitərəfli danışıqlar, eləcə də Vaşinqton və Budapeşt arasındakı tərəfdaşlığa həsr olunmuş ictimai çıxış nəzərdə tutulub.

Səfərin məqsədi 12 apreldə keçiriləcək parlament seçkilərindən əvvəl hazırkı ABŞ rəhbərliyinin Macarıstanın baş nazirinə dəstəyini nümayiş etdirməkdir.

ABŞ prezidenti Donald Tramp əvvəllər Orbanın lehinə çıxış etmişdi. Bu arada, hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyası Avropa Birliyi tərəfindən dəstəklənən müxalifətdəki Tisza partiyasına qarşı seçki kampaniyası aparır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!