Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gələn ildən vətəndaşların əməkhaqlarından 14% vergi tutula bilər.
Tezadlar.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov xəzərxəbər-ə deyir ki, gələn il dövlət büdcəsi gəlirlərinin 6,7 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu artımın reallaşması üçün də bir neçə səbəb ola bilər ki, bunlardan biri də sözügedən vergi tutulmasıdır.
İqtisadçı qeyd edib ki, özəl sektor, qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulan güzəşt müddətinin sona çatması büdcə daxilolmalarının həcmini artıracaq. Eyni zamanda isə vergi ödəyicilərinin yükünü artırmış olacaq.
İqtisadçı onu da qeyd edib ki,vətəndaşlar 14% gəlir vergisi ödəyəcəkləri halda, pensiya fonduna ödəniş 10%-dən 3%-ə endiriləcək. Bu da pensiya yığımlarının azalmasına səbəb ola bilər.