13 Aprel 2026 / 10:10

Vətən müharibəsində Mühəndis-istehkam taborunun komandiri olmuş Cavid Cabbarov vəfat edib

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı, Vətən müharibəsində 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun keçmiş komandiri Cavid Cabbarov vəfat edib.

Tezadlar.az xəbər verir ki,  bu barədə KIV-ə onun yaxınları məlumat verib.

Bildilir ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Cavid Cabbarov Azərbaycan Ordusunda uzun müddət xidmət edib. Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Cavid Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub.

Qeyd edək ki, polkovnik-leytenantın cəmi 42 yaşı vardı.

Allah rəhmət eləsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!