Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 May 2025 / 15:00

«Veysəloğlu» ilə Mətbuat Şurası və TŞİİB-nin jurnalist müsabiqəsinə 55 yazı təqdim edilib

 Xəbər verdiyimiz kimi, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsini başa çatdırıb.

Tezadlar.az-ın əldə etdiyi məlumata görə indiyədək müsabiqəyə ştatlı və xidməti müqavilə ilə çalışan jurnalistlər tərəfindən 55 yazı təqdim edilib. Hazırda həmin yazılar ekspertlər tərəfindən qiymətləndirilmədədir və emal olunur. İnanırıq ki, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi kimi nüfuzlu qurumlar tərəfindən keçirilən yazı müsabiqəsində obyektiv qiymətləndirmə aparılacaq və ən layiqli müəlliflərin yaradıcılığı dəyərləndiriləcək.

***

Qeyd edək ki, “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda yaradıcılıq müsabiqəsi üzrə istiqamətlər aşağıdakılardır:

-Şəbəkə marketləri, kiçik və orta bizneslərin inkişafı;

-Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu;

-Logistikanın inkişafı və şəbəkə marketləri;

-Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarükü zəncirinin yaradılmasında rolu;

-Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi;

-İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri;

-AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafında rolu;

-Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya;

-Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi;

-Şəbəkə marketlərinin və ölkədə investisiya mühiti;

-Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu;

-Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklif qanununun işləməsindəki rolu.

Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

  • I yer – 3 nəfər – hər biri 1500 manat
  • II yer – 3 nəfər – hər biri 1000 manat
  • III yer – 3 nəfər – hər biri 800 manat
  • Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat

Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq.

Müsabiqəyə 3 aprel 2025-ci il tarixindən start verilmişdir və 3 may 2025-ci il tarixində yazı və müvafiq sənədlərin təqdim olunması tamamlanmışdır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!