Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Real”ın braziliyalı ulduzu Vinisius Junior yenidən diqqət mərkəzinə düşüb, amma bu dəfə futbol uğurlarına görə deyil.
Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, gücumçu cazibədar venesuelalı model İzabella Ladera ilə fotosunun internetdə yayılmasından sonra qalmaqalın episentrində olub. Günəşli Mayamidə çəkilən kadrlar dərhal müzakirələr dalğasına səbəb olub.
Futbolçunun keçmiş sevgilisi Mariya Mazalli daha çox qəzəblənib. Ayrılmalarına baxmayaraq, cütlük, şayiələrə görə, ünsiyyətə davam edib və hətta “Qızıl top” mükafatının təqdimat mərasimində birlikdə iştirak etməyi planlaşdırıb. Lakin Ladera ilə fotolar ortaya çıxandan sonra Mazalli nümayişkaranə şəkildə sosial şəbəkələrdə Vinisiusun abunəliyini dayandırıb və yeni dedi-qodulara səbəb olub.
Modellə görüşün təsadüfi, yoxsa yeni romantikanın başlanğıcı olduğu hələlik məlum deyil. Ancaq bir şey dəqiqdir – futbolçunun şəxsi həyatı ətrafında ehtiraslar ciddi şəkildə alovlanır.