24 Oktyabr 2025 / 15:37

Vladimir Putin Prezident İlham Əliyevə zəng etdi…

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Tezadlar.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər. Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!