Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2025 / 18:32

Vuçiç mayın 7-də işə qayıdır, ilk görüşlərini səfirlərlə keçirəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəlikdən sonra mayın 7-də işə qayıdacaq.

Bu barədə Pink telekanalı xəbər verir.

Serbiya liderinin administrasiyası Vuçiçin ilk iş günündə Böyük Britaniya və Rusiyanın Belqraddakı səfirlərini qəbul edəcəyini bildirib.

Çərşənbə axşamı dövlət başçısının xalqa müraciəti gözlənilir.

Baş nazirin birinci müavini, maliyyə naziri Sinişa Mali əvvəllər Vuçiçin bir neçə günlük bütün planlarını ləğv etdiyini, lakin 9 May tarixində Moskvaya səfərdən imtina etmədiyini bildirmişdi.

Dövlət başçısının əvvəllər müraciət etdiyi Hərbi Tibb Akademiyasının kardioloqu Draqan Dinçiç qeyd edib ki, Vuçiçin səhhəti stabil və qənaətbəxşdir, lakin o, bir neçə gün ərzində iş vəzifələrini tam həcmdə yerinə yetirə bilməyəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!