Növbəti görüşümüz Füzuli rayonu Kürdmahmudlu kəndinin sakinləri ilə oldu. Görüş zamanı 15-dən çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul etdik.
Tezadlar.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında bildirib.
“Həmyerlilərimizin müraciətləri kommunal xidmətlər, məşğulluq, bank kreditləri, mənzil təmiri, əlillik dərəcəsinin alınması, sosial təminat və digər mövzuda idi.
Bir sıra müraciətlər ilə bağlı müvafiq dövlət qurumları əlaqə saxlamaqla görüşdə həllinə dəstək olduq. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə deputat qeyd edib.
JASMİN