Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Vüqar Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edildi.
TEZADLAR.AZ Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2023-cü il
Xatırladaq ki, Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini vəzifəsində çalışırdı.