Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Artıq tezliklə “WhatsApp” digər tətbiqlərin istifadəçiləri ilə çatları dəstəkləyəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb. Bildirilir ki, mesencerdə xüsusi çat bölməsi olacaq, onun vasitəsilə istifadəçi birbaşa, məsələn, “Telegram” və “Discord”da yaza biləcək. Mütəxəssislər artıq funksiyanı beta-testerlərin sınaqdan keçirdiklərini və yaxın gələcəkdə ümumi istifadəçilər üçün əlçatan olacağını bildiriblər. Qeyd edək ki, Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktının (DMA) qaydalarına görə, şirkətlər mesencerlərdə digər mesajlaşma xidmətlərinə çıxış təmin etməlidirlər.
Texnologiyaların təkcə özü dəyişmir, həm də insanları dəyişdirir…
A.Məmmədli