Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında vətəndaşın antibiotik iynəsindən həyatını itirdiyi təsdiqlənib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 16:00-da 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs üçlü sinirin nevralgiyası, astenonevrotik vəziyyət, xroniki haymoritin kəskinləşməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Onda vurulan antibiotik inyeksiyası sınağından sonra allergik reaksiya nəticəsində anaflaktik şok baş verib. Həkimlərin çoxsaylı səyləri və göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 16:10-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Ailə üzvləri meyitin təşrih üçün göndərilməsindən imtina edib”, – deyə məlumatda bildirilir.
——–
17:31
Xaçmazda xəstəxanada ölüm hadisəsi olub.
Tezadlar.az xəbər verir ki, hadisə rayon mərkəzi xəstəxanasında qeydə alınıb.
Qaraçı kənd sakini 45 yaşlı Rahim Tarıyel oğlu Məmmədov burada vurulan antibiotik iynəsindən ölüb.
Faktla bağlı araşdırma aparılır.