Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünən vətəndaşların bank hesablarından 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber üsulla oğurlanıb. Tezadlar.az xatırladır ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. DİN yenə də xatırladır ki, bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Nazirlik bir daha diqqətə çatdırıb ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir. Sitat: “Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin”.
Bank kartlarından pul oğurlanması halları yenə də davam edir… Müəmmalar isə qalır. Məsələn, oxucular “Təzadlar”a zəng edib soruşurlar ki, niyə yüksək vəzifəli şəxslərin, deputatların və s. də kartından pul oğurlanmır???
A.Məmmədli