Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Son günlər bəzi tanınmış şəxslərin, sənət adamlarının, idmançıların səhifələri ələ keçirilib. Onlardan bəziləri səhifələrini geri qaytara biliblər.
Xalq artisti Aygün Kazımovanın da 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb.
Tezadlar.az xəbər verir ki, xalq artistinin səhifəsini ələ keçirilənlər onun hesabında paylaşım edərək sənətçini şantaj ediblər:
“Aygün Kazımova, bunu oxuyursansa, 10.000 avro Bitkoin üçün mənə teleqramda yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram”.
