Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sovet və Rusiya rəssamı, RSFSR xalq artisti, bir çox fəxri mükafatların laureatı Viktor Safronov 93 yaşında vəfat edib.
Tezadlar.az bildirir ki, Viktor Alekseeviçin ölümü barədə Ulyanovsk vilayəti hökumətinin saytında məlumat verilib.
Rəssam 1969-cu ildən Ulyanovskda yaşayıb işləyib (1932-ci ildə Nijni Novqorodda anadan olub).
“Safronovun rəsmləri Rusiyanın bir çox muzeylərində, o cümlədən Tretyakov Qalereyasında və Dövlət Rus Muzeyində, İ.E. Repin İncəsənət və Xatirə Muzeyi, Ulyanovsk Regional İncəsənət Muzeyi, eləcə də dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. Onun rəssamlığın inkişafında, vətənpərvərlik tərbiyəsində xidmətləri yaddaşımızda qalacaq”, – məlumatda deyilir.
Onun əsərləri Sovet İttifaqından kənarda da tanınırdı: Almaniya, Polşa, Çexoslovakiya, Vyetnam, Koreya, Kuba və dünyanın bir çox başqa ölkələrində sərgilənmişdir.
Rayonun qubernatoru Aleksey Russkix sənətkarın vəfatından kədərləndiyini, yaxınlarına başsağlığı verib.
E.ŞİRİNOV