Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda aktrisa kimi fəaliyyət göstərməyən Sədaqət Dadaşova ilk dəfə müğənni qızı Səidə Dadaşova ilə danışmaması haqda verilən sualları cavablandırıb.
Tezadlar.az xəbər verir ki, S.Dadaşova “Elgizlə izlə” verilişinə zəng edərək qızını bağışlamayacağını bildirib. O, küsmələrinin səbəbini açıqlamasa da, barışmaq istəmədiyini etiraf edib:
“Hər şey əladır, heç bir düşmənçilik yoxdur. Səidənin yanındakılar nəsə deyir, inanır, sözə gedir. Biz də onu boş buraxırıq. Heç bir ana, xala istəməz balası pis vəziyyətə düşsün. Həmişə deyirəm, gəlsin soraqları, yansın işıqları. Çəkilib oturmuşam kənarda. Çox qlobal səbəblər var. Heç nə danışmıram, istəmirəm danışmıram. Tək arzum, Allah Səidəni xoşbəxt etsin. Bir balasını ona min budaq etsin. Hərdən qohumlarım nəsə göndərir. Mən sosial şəbəkəyə baxmıram. Baxıram ki, onlar mənim ölümümü gözləyirlər. Bu, nə qədər düzgündür? Valideynlər məni anlayar. Yaşasınlar, qəşəng günləri, illəri olsun və yaxşı adamlar arasında olsunlar”.

Qeyd edək ki, Sədaqət Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovla ailəli olub. Onun bu nikahdan 3 övladı var. Sədaqət qızı Səidə Dadaşova ilə küsülüdür.
Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının Xalq artisti Rafael Dadaşov 4 yanvar 1946-cı ildə dünyaya göz açıb.
16 mart 2020-ci ildə isə vəfat etmişdir.