11 Sentyabr 2025 / 19:15

“Xalq Bank” nizamnamə kapitalını 446,6 milyon manata çatdırdı

“Xalq Bank” ASC nizamnamə kapitalını 7,5 % artıraraq 415 milyon 596 min 744 manatdan 446 milyon 599 min 506 manata çatdırıb.

“Tezadlar” xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 3 milyon 630 min 300 ədəd səhminin nominal dəyərinin 114,48 manatdan 123,02 manata çatdırılması hesabına baş tutub.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə “Foton” MMC-yə məxsusdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!