13 Fevral 2024 / 07:55

XANKƏNDİDƏ YENƏ SİLAH-SURSAT TAPILDI: AVTOMAT, TAPANÇA, TÜFƏNG, QUMBARA…

 Xankəndi şəhərində silah-sursat tapılıb.

TEZADLAR.AZ Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki,  polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 12-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!