Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağı təzyiqli qaz xətləri yararsız hala düşüb, 3000 abonentin qaz təchizatında fasilə yaranıb.
Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub.