Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Ankara ilə münasibətləri normallaşdırmaq üçün sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır.
“Tezadlar” xəbər verir ki, bu barədə Middle East Eye (MEE) portalı məlumat yayıb.
Nəşr qeyd edir ki, X.Haftar ötən həftə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla görüşüb. İ.Kalının onu Türkiyəyə səfərə dəvət etdiyi ehtimal olunur.