6 Noyabr 2023 / 09:35

XERSON VİLAYƏTİNDƏ KOMENDANT SAATI DÖRD SAAT ARTIRILIB

Xerson vilayətində komendant saatı dörd saat artırılıb, indi saat 20:00-dan səhər saat 06:00-a kimi qüvvədədir.

Tezadlar.az xəbər verir ki, müvafiq sərəncamı vilayətin qubernatoru Vladimir Saldo imzalayıb.

“Xerson vilayətinin ərazisində komendant saatının tətbiq edilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli, 154-y nömrəli fərmanın 1-ci bəndinə aşağıdakı redaksiyada dəyişiklik edilsin: “1-ci bənd. Bütün Xerson vilayətində komendant saatı saat 20:00-dan 06:00-a qədər müəyyən ediləcək”, – qubernatorun Telegram-kanalında dərc olunan fərmanda deyilir. Sənəd noyabrın 7-dən qüvvəyə minir.

Hazırda komendant saatı 23:00-dan 05:00-a kimidir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!