Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Fərəcli özünün sosial platformasında bəzi xəstələrin daş, taxta, mismar, şüşə və s. yeməsinin sirrini açıqlayıb və daş yeyən sonuncu pasiyentin nümunəsində yazır: “Pasiyentimizin icazəsi ilə paylaşmağa qərar verdik. Klinik praktikada bəzi pasiyentlərdə yeyilməli mümkün olmayan maddələrin (torpaq, kağız, boya, gips, divar qopuntusu, ayaqqabı mazı möhür, buz, sabun və s.) davamlı şəkildə qəbul edilməsi müşahidə olunur. Bu hallar psixiatriyada pika termini ilə tanınır.
-Qida hesab edilməyən maddələrin ən azı 1 ay müddətində təkrarən yeyilməsi və bu
davranışın insanın inkişaf səviyyəsinə uyğun olmaması mədəni və sosial norma ilə izah olunmaması halları varsa bu pika ola bilər!
Səbəbi tam aydın olmasa da mikronutrient çatışmazlıqları (dəmir, sink və s.)
inkişaf pozuntuları (autizm spektri, intellektual gerilik), psixiatrik xəstəliklər (şizofreniya, obsesiv-kompulsiv pozuntu, ağır depressiya)
mümkün variantlar içərisindədir.
-Zəhərlənmə (boya və kimyəvi maddələrdən)
-Mexaniki bağırsaq tıxanıqlığı
-Diş və selikli qişa zədələnmələri
-İnfeksiyalar və qurdlar!
-Somatik müayinələr və laborator analizlər (xüsusilə dəmir və sink göstəriciləri)
Əgər defisit aşkarlanırsa, onun korreksiyası
-Əsas psixiatrik xəstəliyin müalicəsi (farmakoterapiya, psixoterapiya)
-Davranış terapiyası və ailə maarifləndirilməsi
Belə hallara “adi vərdiş” kimi yanaşmaq olmaz. Pika — psixiatrik diaqnoz olub, həm bioloji, həm də sosial nəticələrə səbəb ola biləcək ciddi pozuntudur”.
XXX
Bəli, praktikada büdcə vəsaitini, dövlət əmlakını və s. yeyəni görmüşdük, amma daş parçasını udana indi rast gəldik…
Təqdim etdi: A.Məmmədli