Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasınınüzvlərinin və rektorunun təqdimat mərasimi 17 oktyabr 2025-ci il tarixində universitetin Neftçilər korpusundakı Mərmər Salonda keçiriləcək. Universitetdən “Təzadlar”a bildirilib ki, tədbirdə universitetin təsisçisi və ilk rektoru, Direktorlar vəQəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, eləcə dəŞura üzvləri, akademik heyət, diplomatik korpusunnümayəndələri, məzunlar və digər qonaqlar iştirak edəcəklər.
Mərasimdə Xəzər Universitetinin tarixi və dəyərləri, eynizamanda yeni rəhbərliyin qarşıya qoyduğu məqsəd və hədəflərhaqqında məlumat veriləcək. Tədbir zamanı Direktorlar vəQəyyumlar Şurasının üzvlərinə sertifikatlar təqdim ediləcək, universitetin Kamera Orkestri və Rəqs Ansamblı tərəfindənbədii proqram nümayiş olunacaq.
Yeni rektor Dr. Raziyə İsayevanın çıxışı universitetin gələcəkfəaliyyət istiqamətlərini və inkişaf prioritetlərini əhatə edəcək.
Yasəmən MƏMMƏDLİ