Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zviyə məlumat verilib ki, İsrail rəsmi nümayəndələrinin Rusiya əleyhinə bəyanatları qəbuledilməzdir.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov Live”-in efirində bildirib.
“İsrailin rəsmi nümayəndələrinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara gəlincə, bu, qəbuledilməzdir və bu barədə İsrailin Moskvadakı səfiri məlumatlandırılıb”, – diplomat bildirib.
Bundan əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan “Ynet”-ə müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzinin insan haqları və beynəlxalq hüquqla bağlı İsrailə ünvanladığı bəyanatları “gülünc” adlandırıb və digər sərt açıqlamalar da verib.
E.ŞİRİNOV