Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Fevral 2025 / 09:53

“Xocalıda baş verən müsibətlər heç vaxt unulmayacaq”- MARK QORİN

Ermənilərin 33 il əvvəl Xocalıda törətdikləri soyqırım və insanlıqdan uzaq əməlləri dünya mediasının da gündəmindədir. Əslən Bakıdan olan, tanınmış politoloq və jurnalist, İsrailin “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin “Təzadlar”a danışarkən Xocalı müsibətini kövrək notlarla izah etdi: “…Əlbəttə, Xocalıda baş verən qırğın və soyqırım Ermənistanın o vaxtkı siyasi və hərbi rəhbərliyinin boynundadır. Günahsız insanları yatdığı yerdə öldürmək, əliyalın qoca və uşaqları, qadınları qaçarkən meşələrdə güllələmək insanlığa yaraşan əməl deyil… O vaxtdan 33 il ötsə də, mən bir Bakılı kimi, Azərbaycanı, insanlığı, sülhü və ədaləti sevən insan kimi bu hadisəyə acıyıram. Azərbaycan xalqına hüznlə başsağlığı verirəm…”.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!