1 Sentyabr 2025 / 14:12

Xocavənd, Laçın və Xocalıda aqrar torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlayır.   

Tezadlar.az  bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bu məsələ ölkə Prezidentinin 27 noyabr 2024-cü iltarixli fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

 

 

s.s Rayon adı Sahə İstiqamət   Məlumat qeyd
1 Xocavənd 4368 ha Bağçılıq Köhnə bağ yerləri və ətrafında olan əkinə yararlı ərazilər əlavə edilməklə müəyyənlədirilmiş massiv sahələr – 4368 ha, 83 parsel  
2 Xocalı 1500 ha Bağçılıq Köhnə bağ yerləri və ətrafında olan əkinə yararlı ərazilər əlavə edilməklə müəyyənlədirilmiş massiv sahələr – 1500 ha, 32 parsel  
3 Laçın 1008 ha Heyvandarlıq və Bağçılıq Laçın rayonunun Minkənd, Qarakeçdi və Kamallı kəndləri arasında yerləşən massivdə heyvandarlıq üçün –  775 ha, 2 parsel

 

Bağçılıq üçün bağ yerlərinin ətrafındakı  ərazilərlə – 233 ha,6 parsel

 
  • İnvestisiya Komissiyanın yerləşdiyi ünvan, telefon nömrələri və elektron poçt ünvanı;
  • AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 
  • Əlaqə nömrələri: (012) 498-08-44, 498-89-14
  • Elektron poçt: web@agro.gov.az
  • Fax: (012) 498-64-49
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!