30 İyul 2025 / 21:35

Xoruz adamı bıçaqlayaraq öldürüb

İndoneziyanın Bali adasında xoruz bıçaqla kişini bıçaqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Hadisə Denpasar şəhərində ənənəvi Balli xoruz döyüşü zamanı baş verib. Döyüşdən əvvəl xoruzların ayaqlarına iti metal bıçaqlar yapışdırılırdı. Birdən bıçaqlardan biri qopur. Bıçaq təsadüfən yaxınlıqda dayanan Sudananın qarnına dəyir.

Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Xoruz döyüşü Bali hinduizmində təmizlənmə ritualının bir hissəsidir və ölən xoruz qanının qurbanı pis ruhları qovmaq üçün istifadə olunur. Dini çalarları olmayan xoruz döyüşü İndoneziyada qumar oyunu sayılır və qanunla qadağandır. Buna baxmayaraq, hələ də geniş yayılmışdır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!