Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniya İsrail hökumətinin iki üzvünün Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilməsini dəstəkləyir.
“Təzadlar” xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares “La Sexta” telekanalına müsahibəsində bildirib.
“İki israilli nazir Aİ-nin sanksiya siyahısına daxil edilməlidir”, – diplomat deyib.
Sentyabrın birinci yarısında Albares bildirmişdi ki, Madrid İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkə ərazisinə girişini qadağan etmək qərarına gəlib.
Madrid Qəzza zolağındakı vəziyyətə görə yəhudi dövlətinə qarşı kifayət qədər sərt mövqe tutur.