Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Aprel 2026 / 08:16

Yad planetlilərin vəkilləri Rusiyanın “ORT” kanalında nələrdən danışıblar?

Uzun illərdir alimlər, astronomlar və fəza araşdırmaçıları yad planetlilərdən, “uçan boşqab”lardan danışırlar, amma hələki onların mövcudluğunu təsdiqləyən heç bir fakt- sübut yoxdur… Tanınmış ekspert- QHT rəhbəri Sahib Məmmədov bu barədə maraqlı status paylaşıb. Sitat: “Hazırda Rusiyanın İctimai Televiziyasında (ORT) “Пусть говорят” verlişində yad planentlilər mövzusu müzakirə olunur. Bir neçə nəfəri də dəvət ediblər, hansılar ki, primitiv təfəkkürləri ilə izah edirlər ki, guya onlar başqa planetlərdən olan svilizasiyalarla əlaqələri var, hətta onların dilini də bilirlər (bəziləri nəsə danışır hətta).
Açığı mən həmişə “uşan boşqab”, “yad planetlilərin səfəri” və s. mövzularına ciddi yanaşmamışam. Bu baxımdan ORT-də gedən müzakirəni qeyri-ciddi müzakirə hesab edirəm. Şəksiz ki, hüdudsuz kainatda milyardlarla planetlər var ki, orada bu və ya digər şəkildə (bir çox hallarda bizim təsvir belə edə bilməyəcəyimiz formada) həyat var. Amma onların bizim planetə gəlməsi bizim anladığımız hərəkət traektoriyası ilə mümkün deyil. Yəni A nöqtəsindən B nöqtəsinə müstəvi üzrə hərəkət etməklə gəlişin mümkünsüz olmasını düşünürəm. “Soxulcan dəliyi” (wormhole) fərziyəsi isə elə fərziyə olaraq qalır (Primitiv izah etsək, A-dan B-yə fəza üzrə birbaşa deyil, onu dəlib keçməklə hərəkəti nəzərdə tutan fərziyə).
Ən inkişaf etmiş svilizasiyanın uçuş aparatı hətta işıq sürəti ilə uçarsa (ağılabatan deyil) o zaman Yer planetinin fəzasına daxil olmaq üçün illərlə uçmaq lazımdır. İşıq sürətindən o tərəfə isə sürət yoxdur (Nisbilik nəzəriyyəsinə görə saniyədə 300 000 km sürətlə üzbəüz gələn iki obyekt arasıda aralanma sürəti 300 000 km təşkil edir, halbuki bizim məntiqlə 600 000 km olmalıdır).
Günəş sisteminin “qulağının dibində” olan Proxima Centauri cırtdan ulduzuna qədər məsafə 40 trlyon km-dən çoxdur. İşıq bu məsafəni 4 ilə qət edir. Bizə çox yaxın olsa da orda həyat əlaməti yoxdur. Beləliklə, UNO-UFO filan hələki sadəcə nağıdı. İnsan yerdən 1,3 işıq saniyəsi uzaqlaşa bilib. Biz isə onu böyük uğur sayırıq. Qaydağın öz planetimizə. Təssüf ki, planetimizdə də vəziyyət yaxşı deyil…”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!