Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…2025-ci ilin 8-11 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “İnformasiya cəmiyyətində yaddaş institutları, kitab və oxu” mövzusunda IV Beynəlxalq konfrans keçirilmişdir. Tezadlar.az xatırladır ki, Konfrans Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin 100 illik yubileyinə təsədüf etdi. Konfrans MDB-nin iştirakçı-dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin, Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsinin və Rusiya Federasiyasının Regionlararası Kitabxana Əməkdaşlığı Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Konfransın təntənəli açılışında Qırğızıstanın Dövlət katibi Marat İmankulov konfrans iştirakçılarına ölkə Prezidenti Sadır Japarovun təbrikini oxuyub. Sonra Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev konfrans iştirakçılarını salamlayaraq məruzə ilə çıxış edib. YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsinin sədri və Rusiya Federasiyasının Regionlararası Kitabxana Əməkdaşlığı Mərkəzinin baş direktoru Anastasiya Parşakova təbrik çıxışında konfransa uğurlar arzulayıb.
TÜRKSOY-un Baş katibi, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev tədbir iştirakçılarını onlayn formatda salamlayıb. Konfrans işini beş bölmədə davam edib.
Konfransda yaddaş institutlarının rəqəmsal dünyanın müasir formatları və qabaqcıl texnologiyalarından istifadə şəraitində effektiv fəaliyyətinin əsas aspektləri, mədəni irsin qorunması, kitab mədəniyyətinin dəstəklənməsi və qlobal informasiya cəmiyyətində oxu təşviqinin mövzuları müzakirə olunmuşdur.
Konfransda Azərbaycan, Qırğızıstan, Rusiya Federasiyası, Belarus,Qazaxıstan, Özbəkistan, Altay, Tacikistan və Ermənistandan kitabxana, muzey, alı məktəb və nəşriyyat rəhbərləri, alı məktəb kitabxanalarının, elm və diğər sahələrinin qabaqcıl nümayəndələri, Qırğızıstan Respublikasında akreditə olunmuş diplomatik korpusun nümayəndələri, YUNESKO təmsilçıləri iştirak ediblər.
XXX
Tədbir iştirakçıları məruzə və təqdimatlarla çıxış ediblər. İnnovativ layihələr, müasir informasiya texnologiyaları, kitab və mütaliə, mədəni irsin rəqəmsallaşdırılması və qorunması məsələləri ətrafinda real formada və onlayn rejimdə fikir mübadilələri aparıldı.
Konfransın bölmə iclaslarında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri Natəvan Hacıyeva “Azərbaycanın akademik irsinin qorunması və onun təkmilləşdirilməsi yolları”, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Nəzrin Şirinova “Muzey auditoriyasının formalaşması və diversifikasiyasına aktual yanaşma. Muzey ziyarətçıləri üçün sosial və təhsil innovasiyaları”, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova “Rəqəmsal dünya inklüziv mühiddə” adlı məruzələrlə çıxış etmişlər.
Konfrans iştirakçıları Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin ekspozisiyası və kitabxanası ilə tanış olublar.
Y.Məmmədli