Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nigeriyada yanacaq daşıyan tankerin partlaması nəticəsində azı 35 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Tezadlar.az Reuters-ə istinadən xəbər verir ki, yanacaq qəzadan bir qədər əvvəl tankerdən köçürülüb.
“Nəqliyyat vasitəsi yoldan çıxaraq ətrafa benzin tökülüb və benzin qəzadan az sonra alışıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb”, – məlumatda deyilir.
Hesabatda qeyd edilir ki, boru kəməri infrastrukturunun qeyri-kafi olması səbəbindən neft məhsullarının əsasən avtomobil yolu ilə daşındığı Nigeriyada belə qəzalar tez-tez baş verir.
E.ŞİRİNOV